Ermənistan parlamentinin aprelin 11-də keçirilən iclasında “Vıxod” partiyasında olan deputatlar özünəməxsus aksiya keçiriblər.
ÇıxışYolu.Com-ın erməni KİV-ə istinadən məlumatına görə, çıxış üçün “Vıxod” blokundan olan deputat Ararat Mirzoyan tribunaya yaxınlaşıb.
O, Serj Sarkisyanın hakimiyyətinə son qoymağa çağırıb. A.Mirozyan Ermənistan əhalisini aprelin 13-də kieçiriləcək mitinqə qatılmağa səsləyib.
Bundan sonra deputat cibindən tüstü şaşkaları çıxararaq onları yandırıb.
Onu partiyanın digər deputatı Lena Nazaryan dəstəkləyib.
Ermənistan parlamentinin zalı tüstüyə qərq olub.
Parlamentin vitse-spikeri Eduard Şarmazanov aksiyaya heç bir reaksiya verməyib.