Ermənistan parlamentində təcili iclas: Azərbaycanla sərhədin müəyyənləşməsi
müzakirə ediləcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ermənistan parlamentində təcili olaraq Azərbaycanla sərhədin delimitasiya və
demarkasiyası məsələsi müzakirə ediləcək.
Məlumata görə, parlamentdəki müxalif “Ermənistan” və “Mənim şərəfim var”
fraksiyaları delimitasiya və demarkasiya məsələləri üzrə qurumun təcili
iclasını çağırıblar.
Vurğulanıb ki, reqlamentə əsasən, deputatların dörddə birinin tələbi ilə
parlamentin növbəti təcili iclası keçirilə bilər.
Qeyd edək ki, parlamentin dördgünlük iclası aprelin doqquzunda başlayacaq,
fövqəladə ilk sessiyaya Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan və
xarici işlər naziri Ararat Mirzoyan dəvət ediləcəklər.
Mənbə: Hraparak