2ea4efaa-9a1a-46ab-8225-5d436d22be62..jpg

Ermənistan parlamentinin sədr müavini: “Anklavlar məsələsi müzakirə ediləcək”

Baxış sayı: 512 dəfə baxılıb.

Ermənistan parlamentinin sədr müavini: “Anklavlar məsələsi müzakirə ediləcək”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Əgər anklavlar məsələsinin hüquqi əsası varsa, ikitərəfli razılaşmalarda
qeydiyyata və xəritəyə alınıbsa, bu mövzu Ermənistan və Azərbaycan
sərhədlərinin delimitasiya və demarkasiyası çərçivəsində müzakirə ediləcək”.

Ermənistan mediasının məlumatına görə, bunu ölkə parlamentinin sədr müavini
Akop Arşakyan noyabrın 2-də jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hər iki tərəfin istifadə edə biləcəyi xəritələr mövcuddur.

“Ermənistan və Azərbaycan öz ərazi bütövlüyünün qarşılıqlı tanınması
məsələsinə aydınlıq gətirməli, bunu yazılı şəkildə qəbul etməlidir”, – Arşakyan
vurğulayıb.

Source link