a629f8cc-5553-40d5-8783-dd9a863a71f5.jpg

Ermənistan prezidenti TBMM sədri ilə münasibətlərin normallaşdırılmasını müzakirə edib

Baxış sayı: 286 dəfə baxılıb.

Ermənistan prezidenti Vaaqn Xaçaturyan Aşqabadda Türkiyə Böyük Millət
Məclisinin (TBMM) sədri Numan Kurtulmuşla qısa danışıqlar aparıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb.

Xaçaturyanın sözlərinə görə, Ermənistan-Türkiyə münasibətləri yeni bir
mərhələyə qədəm qoyur. O qeyd edib ki, tərəflər görüşmək və nizamlanma
məsələlərini müzakirə etmək fürsətini əldən vermirlər:

“Bu, yaxın gələcəkdə münasibətlərin nizamlanmasının reallığa çevrilə
biləcəyini göstərir. Bu, sərhədlərin açılmasını və diplomatik əlaqələrin
qurulmasını da əhatə edir” , – Ermənistan prezidenti bildirib.

Source link