Ermənistan Qarabağda hərbi təlimlər keçirir

Ermənistan Qarabağda hərbi təlimlər keçirir

Baxış sayı: 2. 226 dəfə baxılıb.

Ermənistan Silahlı Qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərində təlimlər keçirir.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlərdə zirehli texnika və artilleriya qurğularından istifadə edilir. 

Təlimlərdə əsas diqqət atəşin aparılması formalarına və metodlarına, döyüş vəziyyəti nəzərə alınmaqla, şərti rəqibin hədəflərinin sıradan çıxarılması xüsusiyyətlərinə yönəldiləcək.

Xatırladaq ki, martın 12-dən Azərbaycan ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb.

www.ÇıxışYolu.Com