8559494f-b189-4612-895a-709609bacf20..jpg

Ermənistan Qazaxıstandakı sülhməramlı missiya üçün cəmi 70 hərbçi tapa bilib

Baxış sayı: 2. 631 dəfə baxılıb.

Ermənistan Qazaxıstandakı sülhməramlı missiya üçün cəmi 70 hərbçi tapa bilib

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı
qüvvələrinin tərkibində Qazaxıstana hərbçi göndərib.

Söhbət Qazaxıstan Respublikasında kütləvi etirazlar fonunda strateji
əhəmiyyətli obyektlərin mühafizəsini təmin etmək üçün Ermənistanın tapıb
kontingentin tərkibində göndərə bildiyi 70-ə yaxın hərbçidən gedir.

Xatırladaq ki, ötən gün Qazaxıstan Təhlükəsizlik Şurasının iclasında çıxış
edən ölkə prezidenti Kasım-Jomart Tokayev yardım üçün KTMT ölkələrinin
liderlərinə müraciət etdiyini bildirib. Dövlət başçısı vurğulayıb ki,
Qazaxıstanda baş verən iğtişaşları xarici təcavüz hesab edir, çünki ölkədə
iğtişaşlara səbəb olan terrorçu dəstələr xaricdə təlim keçiblər.

Bunun ardınca yanvarın 6-na keçən gecə Ermənistanın baş naziri Nikol Paşinyan
Kollektiv Təhlükəsizlik Şurasının (KTMT-nin ali orqanı) sədri kimi iştirakçı
ölkələrin liderlərinin Qazaxıstana kollektiv sülhməramlı qüvvələrin
göndərilməsi barədə qərar qəbul etdiklərini açıqlayıb.

Mənbə: Sputnik Ermənistan

Source link