7653cdd2-f828-4b4e-a8e6-8bd5d7b7521b..jpg

Ermənistan rusiyalı sərhədçiləri əvəzləyəcək şəxslər axtarır

Baxış sayı: 554 dəfə baxılıb.

Ermənistan rusiyalı sərhədçiləri əvəzləyəcək şəxslər axtarır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları dövlət sərhədinin
“Zvartnots”, “Baqrataşen” və digər sərhəd-buraxılış məntəqələrində işləmək üçün
kiçik zabit vəzifələrinə vətəndaşların qəbulunu elan edib.

Qeyd olunur ki, müraciət 30 yaşa qədər olan qadın və kişilərə şamil edilir.

Namizədlərdən erməni dilindən əlavə, rus və ya ingilis dilini bilmək tələb
olunur.

Məlumat üçün əlavə edək ki, avqustun 1-dən “Zvartnots” hava limanından rus
sərhədçiləri çıxarılacaq, orada yalnız erməni sərhədçiləri xidmət aparacaqlar.

Mənbə: Sputnik Ermənistan

Source link