d3a17024-723a-4f2d-bdfd-3b6530c9f347..jpg

Ermənistan səfiri Rusiya XİN-ə çağırıldı

Baxış sayı: 573 dəfə baxılıb.

Ermənistan səfiri Rusiya XİN-ə çağırıldı

Ermənistan səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Məlumata görə, İrəvanın qeyri-dost hərəkətləri fonunda ona sərt bəyanat
verilib.

“Bu yaxınlarda Ermənistan Respublikasının rəsmi dairələrində və siyasi
elitasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində və
Rusiya ilə ikitərəfli əsasda müttəfiqlik əlaqələrinin məqsədəuyğunluğuna,
habelə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması yolları
haqqında Moskva, İrəvan və Bakı arasında 2020-2022-ci illərdə imzalanmış
üçtərəfli sazişlər toplusunun həyata keçirilməsinin mümkünlüyünə dair müəyyən
şübhələrin yaranması qeydə alınıb.

Bu fonda Ermənistan rəhbərliyi son günlər Rusiyaya qarşı bir sıra qeyri-dost
addımlar atıb. Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyası
prosesinin başlanması, Baş nazirin həyat yoldaşı A.V.Akopyanın Kiyev rejiminə
humanitar yardımın çatdırılması üçün UKraynaya səfəri, ABŞ-nin iştirakı ilə
Ermənistan ərazisində hərbi təlimlərin keçirilməsi buna misaldır”, – deyə
XİN-in bəyanatında bildirilib.

Rusiya tərəfi Ermənistan səfirinə bloqer Badalyanın və “Sputnik Ermənistan”ın
köşə yazarı Gevorkyanın saxlanmasından narahatlığını çatdırıb.

Həmçinin, Ermənistan parlamentinin sədri Alen Simonyanın Rusiya Xarici İşlər
Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovaya ünvanladığı bəyanatlara görə
Ermənistan səfirinə etiraz notası təqdim edilib.

“Eyni zamanda, Moskva qəti şəkildə inanır ki, Rusiya və Ermənistan müttəfiqlər
olaraq qalır və tərəfdaşlıq münasibətlərinin inkişafı, möhkəmləndirilməsinə
dair bütün razılaşmalar ölkələrimizin xalqlarının rifahı naminə tam şəkildə
həyata keçiriləcək. Bu, digər məsələlərlə yanaşı, KTMT çərçivəsində təlimlərin
təşkilinə və daha sonra Ermənistanla Azərbaycan arasında nizamlanmanın
asanlaşdırılması üçün Təşkilatın müşahidə missiyasının respublikaya
göndərilməsinə aiddir. Rusiya tərəfi bundan sonra da bu məqsədlər üçün bütün
lazımi səyləri göstərəcək” – XİN-in məlumatında deyilir.

Source link