Mayın 24-dən 25-nə keçən gecə Ermənistanın Rusiyadakı səfirliyinin ərazisində tarixi əhəmiyyətli tikilinin – XVII-XIX əsrlərə aid Lazarevlər malikanəsinin ikimərtəbəli xidməti korpusunda söküntü işlərinə başlanılıb.
ÇıxışYolu.Com-ın məlumatına görə, bu barədə “Fronde TV” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına əsasən, “Arxnadzor” ictimai hərəkatı Ermənistan səfiri V.Toqanyanın ünvanına qanunsuz söküntü işlərinin dayandırılması ilə bağlı müraciət ünvanlayıb. Həmçinin ictimai hərəkat Moskvada Mədəni İrs Departamentinə də tarixi tikilinin xilası ilə bağlı müraciət edib.
Şəhər mühafizəçilərinin qeyd etdiyi kimi, divarların bərpası və ya sökülməsi qəsdən həyata keçirilir, bu da Rusiya Federasiyasının Cinayət Məcəlləsiylə nəzərdə tutulmuş cinayətdir. Mədəni irslə bağlı istənilən iş Mədəni İrs Departamentinin timsalında şəhər rəhbərliyi ilə razılaşdırılmalıdır.