Ermənistan sərhədlərin delimitasiyası Komissiyasının Reqlamentini təsdiqləyib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Rəsmi İrəvan bu gün keçirilən iclasda sərhədlərinin delimitasiyası üzrə
Ermənistan və Azərbaycan Komissiyasının iş Reqlamentini təsdiqləyib.
Ermənistan mediasının məlumatına görə, bu barədə baş nazirin müavini və
ölkəsinin delimitasiyası komissiyasının rəhbəri Mher Qriqoryan bildirib.
Onun sözlərinə görə, hazırkı sənəd texniki xarakter daşıyır və görüşlərin,
işlərin təşkili proseduruna aiddir.
“Növbəti mərhələdə biz başqa, daha dolğun reqlament hazırlamalıyıq. Orada
prosesin metodologiyası təqdim ediləcək, “xəritə” və “hüquqi sənəd” anlayışları
müəyyənləşdiriləcək. Hesab edirəm ki, metodologiyanı razılaşdırdıqdan sonra
konkret sənədlər və topoqrafik xəritələr üzərində işləməyə davam edəcəyik”, –
deyə Ermənistan baş nazirinin müavini bildirib.
Nazir müavini bildirib ki, bundan sonra tərəflər sənədləri bir-birinə təqdim
etməyə, onları dəyərləndirməyə və fikir mübadiləsi aparmağa başlayacaqlar.
Onun sözlərinə görə, hazırkı sənəd hər iki ölkədə təsdiqləndikdən sonra dərc
olunacaq.