10cf73b9-1956-4df5-b073-1ee97f4905e9..jpg

Ermənistan silahlı qüvvələrinə məxsus artilleriya qurğuları aşkar edilib – FOTO

Baxış sayı: 539 dəfə baxılıb.

Ermənistan silahlı qüvvələrinə məxsus artilleriya qurğuları aşkar edilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror əməliyyatından sonra
Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinə məxsus döyüş texnikası, silah
və sursatın aşkar edilərək ərazidən təxliyə edilməsi üzrə tədbirlər davam edir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Kəlbəcər rayonunun Vəng və Ağdərə rayonunun Vəngli yaşayış məntəqələri
ərazilərinə baxış zamanı düşmənə məxsus tərk edilmiş atəş mövqelərində 8 ədəd
KS-19 zenit topu aşkar edilib.

Döyüş texnikası təhlükəsizlik qaydalarına riayət olunmaqla toplama məntəqəsinə
daşınıb.

Source link