fb81e529-3376-40f2-b1a5-1a35b61fccac..jpg

Ermənistan sülhə deyil, revanşizmə üstünlük verdi – Qərbi Azərbaycan Respublikası gündəmə gətirilməlidir

Baxış sayı: 552 dəfə baxılıb.

Ermənistan sülhə deyil, revanşizmə üstünlük verdi – Qərbi Azərbaycan
Respublikası gündəmə gətirilməlidir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan rəhbərliyi növbəti dəfə vədinə xilaf çıxıb. Riyakarcasına
Azərbaycanla sülh prosesinə zərbə vuran addıma rəvac verib. Erməni mediasında
yer alan xəbərlərə görə, Qarabağ separatçılarının keçmiş lideri Samvel
Şahramanyan qondarma qurumu buraxdığı barədə əvvəlki qərarını ləğv edib.
Şübhəsiz ki, Şahramanyan bu qərarı özbaşına, müstəqil qəbul edə bilməzdi və
bunun arxasında baş nazir Nikol Paşinyan hakimiyyəti və havadarları dayanır. Bu
bir daha göstərir ki, hakimiyyət xalqının rifahını, regionda sülh deyil,
revanşizmə üstünlük verir.

Bu qərarı qəbul etməklə, Nikol Paşinyan hakimiyyəti eyni zamanda
revanşistlərin əlində oyuncaq olduğunu sübut etmiş oub. Ermənistan
hakimiyyətini beynəlxalq ictimaiyyətin də gözündə oyuncaq bir dövlət olduğunu
təsdiqləyib. Baş verənləri araşdırmağa çalışaq.

Birincisi, dünya gördü ki, bu ölkəyə heç bir vaxt etibar etmək olmaz. Aydın
oldu ki, iki ölkə arasında sülh prosesinə gedən yolda əngəl olan tərəf
Azərbaycan deyil, məhz Ermənistandır.

İkincisi, Ermənistan hakimiyyəti bu addımla bir daha sübut etdi ki, xalqına
sülh, əmin-amanlıqda deyil, əbədi müharibədə görmək istəyir.

Üçüncüsü, Nikol Paşinyanın “ən ağıllı erməni”, “xalqını bataqlıqdan çıxaran
lider” olması haqqında deyilənlər əsassızdır. Bu şəxs müstəqil qərar qəbul
etmək iqtidarında belə deyil. Yenə xarici havadarlarının tapşırığına uyğun
hərəkət edib. “Qarabağ Azərbaycana məxsusdur, heç vaxt Ermənistanın olmayıb”
kimi fikirləri ilə yadda qalan bu şəxsin indi əks fəaliyyətə başlaması onun
qeyri-müəyyən bir şəxs, hətta psixi problemi olduğunu bir daha göstərmiş olub.

Dördüncüsü, keçmiş qondarma qurumun yenidən gündəmə gətirilməsinin arxasında
Qərb ölkələri, xüsusən də Fransanın durması şəksizdir. Məhz bu ölkə Ermənstanda
revanşist qüvvələrin başında dayanır, onların maliyyələməsinə qədər bütün
proseslərə dəstək verir. İrəvanın sürətlə silahlanması, onu ən müasir
silahlarla təchiz etməsi də bundan xəbər verir.

Beşincisi, Ermənistan və havadarlarının bu çirkin, riyakar və məkrli planına
qarşı hansı addımlar, cavab reaksiyası olmalıdır. Rəsmi Bakı hansı cavab
addımları atmalıdır? İlk növbədə Qərbi Azərbaycan Respublikasının yaradılması
prosesinə başlanmalıdır. Azərbaycan heç bir vaxt kiməsə qarşı ərazi iddiası ilə
çıxş etməyib. Lakin ona qarşı belə bir iddia ilə çıxış edilirsə və ərazi tələbi
ilə çıxış edilirsə, cavab addımları atılmalıdır. Məhz Ermənistan son addımı ilə
Azərbaycanı bu prosesi sürətləndirməyə vadar etdi.

Verdiyi sözə əməl etməyən, sülh prosesinə güc verməkdənsə, havadarlarının sözü
ilə oturub duran etibarsız dövlət statusunu möhkəmləndirmiş oldu. Forpost,
müstəqil qərar qəbul etmək iqtidarında olmadığını bütün dünyaya nümayiş
etdirdi. Qərbi Azərbaycan dövlətinin yaradılması da buna veriləcək ən tutarlı
addm ola bilər. Bunun üçün də zəmin var. 30 il bundan öncə öz torpaqlarından
qovulan insanların Qərbi Azərbaycana qayıtmaq hissinin pik həddə olması, bu
prosesi əsaslandıran tarixi əsas və güclü Azərbaycan Ordusu var. Revanşizmə
rəvac verən qüvvələrin başı əzilməlidir və belə də olacaq.

Beləliklə, Ermənistan və havadarları bununla növbəti məkrli, xalqını fəlakətə
sürükləyən növbəti fitnəkar prosesə start vermiş oldu. Lakin anlamalıdırlar ki,
keçmiş separatçı rejimi dirçəltməyə çalışılması heç bir fayda verməyəcək. Artıq
Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edib, işğaldan azad
olunan torpaqlarında sürətlə quruculuq, bərpa prosesinə start verib. Növbəti
müharibə, hərbi əmliyyatların başlanması onun bir dövlət kimi yer üzündən
silinməsinə gətirib çıxara bilər. Sonda diqqəti qondarma qurumun ləğvi
prosesindən sonra erməni cəmiyyətində yaşanan proseslərə yetirmək istərdik.
Erməni xalqı bu bir neçə ay ərzində Qarabağda yaşanan proseslərə biganə qaldı,
bir dəfə də olsun aksiya keçirmədi. Bu da bir daha göstərdi ki, xalq bir daha
övladlarını başqasına məxsus torpaqlarda mənasız yerə məhv edilməsini istəmir.
Ümid etmək olar ki, erməni xalqı mövqeyində qalacaq, başıboş, faşist təfəkkürlü
rəhbərlərinin və onun havadarlarının planlarına qarşı çıxacaq. Hər halda bu
onun yeganə çıxış yoludur.

“Report” İnformasiya Agentliyi

Source link