“Ermənistan Azərbaycana sülh sazişinin tam razılaşdırılması üçün təkliflər
paketi göndərib”.
Cixisyolu.com-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə parlamentdə
jurnalistlərə ölkənin XİN başçısının müavini Paruyr Ovannisyan məlumat verib.
“Biz son təkliflər paketini göndərmişik, Azərbaycan tərəfinin cavabını
gözləyirik”, – deyə o qeyd edib.
Daha əvvəl Ermənistanın XİN başçısı Ararat Mirzoyan bildirmişdi ki,
Azərbaycanla sazişin imzalanması üçün 1-2 bənd razılaşdırılmalıdır. O, İrəvan
və Bakının bu məsələlərdə razılığa gələ biləcəyinə ümid etdiyini ifadə edib.