3917750d-6099-40fd-9c6f-970bfe4cad41..jpg

Ermənistan XİN rəhbəri: “Rusiya ilə münasibətlərdə mövcud olan problemləri gizlətmək mümkün deyil”

Baxış sayı: 588 dəfə baxılıb.

Ermənistan XİN rəhbəri: “Rusiya ilə münasibətlərdə mövcud olan problemləri
gizlətmək mümkün deyil”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İndi Brüssel və Vaşinqtonla iqtisadi və siyasi əlaqələri dərinləşdiririk. Mən
bunu dönüş nöqtəsi adlandırmazdım, biz öz təhlükəsizliyimizi təmin etməyə
çalışırıq və bunun üçün Qərbdə yaxşı tərəfdaşların olduğunu görürük”.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Argentinanın “Todo
Noticias” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya ilə münasibətlərdə mövcud olan problemləri
gizlətmək mümkün deyil.

“NATO-ya daxil olmaq niyyətinə gəlincə, yox. Bu, bu gün Ermənistanın
gündəmində olan məsələ deyil. Aİ məsələsində deyə bilərəm ki, ermənilərin
doğrudan da Avropa istəkləri var”, – o əlavə edib.

Mənbə: TASS

Source link