871f072c-fbe9-4516-a0e4-418b470abe07..jpg

Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçisinin cəzası ağırlaşdırıldı

Baxış sayı: 592 dəfə baxılıb.

Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçisinin cəzası ağırlaşdırıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun hərbçisi Hüseyn Axundovun
cəzası ağırlaşdırılıb.

Bu barədə Ermənistan mediası məlumat yayıb.

Bildirilib ki, Zəngəzur mis-molibden zavodunda (ZMMZ) mühafizəçini qətlə
yetirməkdə təqsirləndirilən və 20 il müddətinə azadlıqdan məhrum edilən hərbçi
Hüseyn Axundovun cəzası qanunsuz olaraq ömürlük həbslə əvəz edilib.

“Apellyasiya Cinayət Məhkəməsində hakim Qriqor Ovannisyanın sədrliyi ilə
keçirilən prosesdə ZMMZ-nin mühafizəçisi Ayrapet Meliksetyanın vərəsələrinin
apellyasiya şikayəti təmin edilib, birinci instansiyanın hökmü qismən ləğv
edilib və Axundova ömürlük həbs cəzası verilib”, – deyə məlumatda bildirilir.

Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Aqşin
Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov aprelin
9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd
ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.

Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin
Ermənistanda saxlandığını etiraf edib. Sosial şəbəkələrdə və Ermənistan
mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona
ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.

Ermənistan məhkəməsi mayın 8-də A.Bəbirovu 11,5 il müddətinə
, iyunun 21-də isə H.Axundovu 20 il müddətinə
azadlıqdan məhrum etmişdi.

Source link