4316f897-766f-4c44-af98-e907d15e0b46..jpg

Ermənistanda anti-Rusiya çıxışı, ermənilərin yeni himayədar axtarışı – ŞƏRH + FOTO

Baxış sayı: 838 dəfə baxılıb.

Ermənistanda anti-Rusiya çıxışı, ermənilərin yeni himayədar axtarışı – ŞƏRH +
FOTO

Həftəsonu Ermənistanda Rusiyaya qarşı aksiyalar keçirilib. Bu, ilk hadisə
deyil. Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik və ya təmsil etdiyi
siyasi qüvvələr 2018-ci ilin dekabrında da bu kimi aksiyalar keçiriblər. Həmin
yürüşlərdə “İşğalçı Rusiya, Ermənistandan çıx!”, “Rusiya ordusu, Ermənistandan
rədd ol!” kimi şüarlar səslənmişdi.

Ötən gün keçirilən anti-Rusiya aksiyasını “Milli Demokratik Zolaq” (“Bever”)
siyasi hərəkatının təşkil etdiyi bildirilib. Xatırladaq ki, “Bever”
Ermənistanda polis əməkdaşlarını girov götürmüş “Sasna Tsrer” hərəkatının
bazası əsasında yaradılıb.

Aksiya iştirakçıları Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasına gedən yolu
bağlayıb, qarşısında mitinq ediblər. 100-ə yaxın etirazçının tutulduğuna dair
məlumat yayılıb. Hərəkatın aparıcı fiqurlarından, aksiyanın təşkilatçılarından
biri Vaqe Qasparyan Rusiyanın Ermənistandakı fəaliyyəti ilə bağlı deyib: “Biz
dünyaya göstərəcəyik ki, 102 saylı hərbi bazanın timsalında Rusiya Ermənistanı
işğal edib”. Aksiyanın əsas hədəfi guya “Laçın dəhlizinin bağlanmasına” etiraz
idi. Ancaq səslənən şüarlar bunun daha çox Rusiyaya qarşı olduğunu təsdiqləyir.
“İylənmiş Rusiya, Ermənistandan rədd ol!”, “Rusiya işğalçıdır!” kimi şüarlar
Ermənistan cəmiyyətinin Rusiyaya olan bütün nifrət və kinini özündə əks
etdirir. Başqa sözlə, Azərbaycan ekofəallarının Şuşa yolunda keçirdiyi aksiya
onların Rusiya əleyhinə bu cür nümayişlər keçirməsi üçün bəhanə olub. Yeri
gəlmişkən, ötən ayın sonunda Vaqe Qasparyan Rusiyanın Qarabağı blokadada
saxladığını iddia edərək onlara cavab olaraq Gümrüdəki hərbi bazanı mühasirəyə
alacaqlarını bildirmişdi.

Əslində, bu aksiyanın Ermənistan hakimiyyəti tərəfindən təşkil olunduğu
istisna edilmir. Çünki ötən ilin sonunda Ermənistan Milli Təhlükəsizlik
Şurasının katibi Armen Qriqoryanın Rusiyanı şantaj etməsi ilə Vaqe Qasparyanın
“ruslar Qarabağı mühasirəyə alıblar” ifadəsi hansısa siyasi mərkəzin
düşüncəsinin məhsuludur. Qeyd edək ki, Qriqoryanın dekabrın 26-da Ermənistan
İctimai Televiziyasının efirində çıxışı ölkəsinin və Rusiyanın siyasi
dairələrinin etirazı ilə qarşılanmışdı. Katib iddia etmişdi ki, Rusiya “Laçın
dəhlizini bağlayaraq” Ermənistanı Azərbaycana dəhliz verməyə, Rusiya-Belarus
ittifaq dövlətinə birləşməyə məcbur edir. Ermənistan parlamentindəki hakim
fraksiya isə Qriqoryanın iddialarını təkzib etmişdi. Kremlin sözçüsü Dmitri
Peskov da katibin açıqlamasını “təxribat” adlandırmışdı. Onu da xatırladaq ki,
Paşinyanın təmsil etdiyi siyasi qüvvə hakimiyyətə gələndən sonra Rusiya Armen
Qriqoryanın xarici işlər naziri olmasına qarşı çıxmışdı. Hər halda o zaman
bununla bağlı xəbərlər yayılmışdı. Nikol bir müddət XİN-ə Rusiyanı qane edən
nazir tapmaqda çətinlik çəkdi. Nazirlik uzun müddət başsız qaldı. Sonradan
Ararat Mirzoyan Kremllə razılaşdırılaraq nazir oldu. Odur ki, ötən gün
keçirilən aksiyanın əsas hədəfinin Rusiya olduğu daha məntiqlidir.
Ermənistandakı anti-Rusiya qüvvələr əsl məqsədlərini Azərbaycan ekofəallarının
qanuni aksiyasını qaralamaqla gizlətməyə çalışırlar.

Ümumiyyətlə, katibin açıqlaması və 102 saylı bazanın mühasirəyə alınması cəhdi
ermənilərin yeni sponsor axtarmaq səyinə daha çox oxşayır. Bununla onlar
beynəlxalq ictimaiyyətə sanki belə ismarış verirlər: “Biz Rusiyadan imtina
edirik, nə verirsiniz?” Çünki Fransa parlamenti və hakimiyyətinin Azərbaycana
qarşı qərəzli cəhdləri nəticə vermir. Ona görə də Ermənistan siyasiləri yeni
himayədarla bağlı axtarış aparırlar. Gümrüdəki hərbi bazanın qarşısındakı
aksiya və ya ondan əvvəl Qriqoryanın Rusiyanı şantaj edən çıxışı Ermənistanın
Kremldən uzaqlaşmağa çalışdığını ehtimal etməyə əsas verir.

Ruben Vardanyan adlı rusiyalının Qarabağ iqtisadi rayonunda qanunsuz
mövcudluğu da perspektivdə regiondakı ermənilərin anti-Rusiya çıxışlarının
qarşısını almağa yönəldiyini ehtimal etməyə əsas verir. Bu vəziyyətdə “Batan
gəmini ilk olaraq siçanlar tərk edirlər” məsəli Ermənistanın siyasi elitası
üçün daha uyğun gəlir. Hətta ermənilər Rusiyadan qaçmağa başlayıblar.
Ermənistan Polisinin Pasport-viza idarəsi bildirib ki, Ukraynada müharibə
başlayandan 17 498 erməni Rusiyadan geri qayıdıb.

Görünür, ermənilər yaxın zamanlarda Fransanın da canfəşanlığından imtina
edəcəklər. Pozuculuq fəaliyyəti, yalan, saxta təbliğatı, qərəzli çıxışları
Ermənistanı və erməniləri uzun müddət sponsorsuz vəziyyətdə qoya bilər. Çünki
bu cəmiyyət belə davranışı ilə etibarsızlığını təsdiqləyir. Bir də ermənilər,
onların başçıları himayədarlarına qarşı çıxmağa adət ediblər. Bir zamanlar
sarayda ən yüksək vəzifələrədək yüksəldilən bu etnik qrup çətin dönəmdə ilk
zərbəni elə Osmanlı dövlətinə vurdu. Qacarlar dövlətinə qarşı da eyni şəkildə
xəyanət ediblər. Odur ki, “Dəhliz”, “Qarabağ məsələsi” bəhanədir. Bu cəmiyyət
üçün “gəmini ilk tərk etmək” prinsipi var. İndi növbə Rusiyanındır. Həmişə
böyüklərə sığınan bu etnik qrupun liderləri indi yeni qoltuq axtarırlar.

“Report” İnfomasiya Agentliyi

Source link