Ermənistanda canilər partiyası təsis edildi

Baxış sayı: 3. 997 dəfə baxılıb.

Ermənistanda canilər partiyası təsis edildi

Ermənistanda rəsmi olaraq “Sasna Serer” partiyası təsis edilib.

ÇıxışYolu.Com Ermənistan mətbuatına istinadla xəbər verir ki, təsis qurultayında iştirakçılar partiyanın yaradılmasına yekdilliklə səs veriblər.

Qurultayda həmçinin partiyanın vahid lideri olamayacağına dair qərar qəbul edilib. Qurum 7 nəfərdən ibarət katibliklə idarə olunacaq.

Katibliyin əlaqələndiricisi vəzifəsinə Varujan Avetisyan seçilib.

Qeyd edək ki, “Sasna Serer” Ermənistanda Nikola Paşinyanın hakimiyyətə gəlməsindən sonra həbsxanalardan azadlığa çıxan radikal silahlı qruplaşmanın üzvlərindən ibarətdir.

www.ÇıxışYolu.Com