fabc6fe5-faa5-45c6-8de5-679cf03c65f5..jpg

Ermənistanda eks-prezidentə açılmış cinayət işi İstintaq Komitəsinə göndərilib

Baxış sayı: 741 dəfə baxılıb.

Ermənistanda eks-prezidentə açılmış cinayət işi İstintaq Komitəsinə göndərilib

Ermənistanın keçmiş prezidenti Armen Sarkisyanın xarici vətəndaşlığı ilə bağlı
cinayət işi ölkənin İstintaq Komitəsinə verilib

Bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti ölkə mətbuatına açıqlama
verib. İndiyədək iş üzrə istintaq məhz xidmət tərəfindən aparılıb.

Xatırladaq ki, Ermənistan prezidenti Armen Sarkisyan ötən il yanvarın 23-də
istefa verib. Bu qərara səbəb kimi Sarkisyan lazımi səlahiyyətlərinin
olmamasını göstərib ki, bu da onun sözlərinə görə, prezidentin siyasi
proseslərə təsir etməsinə imkan vermir.

Məlumata görə, Sarkisyan 500 min dollarlıq sərmayə qarşılığında Karib
hövzəsinin Sent-Kits və Nevis adalarının vətəndaşlığını alıb. Əcnəbi
vətəndaşlığı səbəbindən onun prezident seçilmək hüququ olmayıb.

Source link