Ermənistanda etiraz aksiyaları yenidən başladı

Ermənistanda etiraz aksiyaları yenidən başladı

Baxış sayı: 2. 193 dəfə baxılıb.

Ermənistanda müxalifətin vətəndaş itaətsizliyi aksiyaları yenidən başlayıb. 

ÇıxışYolu.Com TASS agentliyinə istinadla xəbər verir ki, etirazçılar Yerevanda mərkəzi küçələri bağlayıblar.

Onlar Nikol Paşinyanın baş nazir olmasını tələb edirlər. 

“Respublika Partiyasının baş nazir vəzifəsinə namizəd irəli sürməyə mənəvi haqqı yoxdur. Xalqın namizədi Nikol Paşinyandır”, – etiraz aksiyalarının liderlərindən biri olan David Sanasaryan deyib. 

Zvartnots aeroportuna gedən yol tamamilə qapadılıb. 

Kütləvi aksiyalar Ermənistanın bir neçə şəhərində də bərpa edilib. “Aravot” qəzetinin məlumatına görə, hazırda Gümrünün Vardanants meydanına yüzlərlə insan yığışıb. 

www.ÇıxışYolu.Com