Ermənistanda etirazçılar İrana gedən magistral yolu bağlayıblar – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanla sərhədin delimitasiyasına etiraz edən Ermənistan vətəndaşları
traktorlarla Yexeqnadzor şəhəri yaxınlığında Ermənistan-İran dövlətlərarası
avtomobil yolunun hərəkətini bağlayıblar.
Bu barədə “Vətən uğrunda Tavuş” siyasi hərəkatının mətbuat xidməti məlumat
yayıb.
Qeyd edək ki, bundan əvvəl hərəkat etirazçıların İrəvan-Gümrü yolunu
bağladıqları barədə məlumat verib.
Xatırladaq ki, aprelin 25-də yüzlərlə erməni Ermənistanın rayonlarında və
paytaxtında küçə və magistral yolları bağlayaraq, Azərbaycanla sərhədin
birtərəfli delimitasiyasına etiraz ediblər.
Mənbə: Ermənistan KİV