Ermənistanda etiraz aksiya iştirakçıları İrana gedən əsas yolu bağlayıblar.
ÇıxışYolu.Com-ın Lenta.ru-ya istinadla verdiyi xəbərə görə, videodan aydın görünür ki, nümayişçilər şüarlar səsləndirir, yoldan keçənləri aksiyalara qoşulmağa çağırır.
Etirazçıların lideri Nikol Paşinyan tərəfdarlarını ölkə üzrə bütün küçə və yolları bağlamağa çağırıb. Bununla da o, ölkənin baş nazirinin “xalqdan olan namizəd” seçilməsinə nail olmaq istəyir.