Ermənistanda etirazçılar parlamentin qarşısına toplaşır

Ermənistanda etirazçılar parlamentin qarşısına toplaşır

Baxış sayı: 2. 494 dəfə baxılıb.

Ermənistan müxalifətinin lideri Nikol Paşinyanın tərəfdarları baş nazir postuna səsvermənin keçiriləcəyi parlament binası önündəki yollarda hərəkəti dayandırıblar. 

ÇıxışYolu.Com bununla bağlı erməni KİV-ə istinadla xəbər verir. 

Bu gün Ermənistan Milli Məclisi növbəti dəfə baş naziri seçməyə çalışacaq. Bu posta yeganə namizəd Nikol Paşinyandır. 

Paşinyanın namizədliyini “Yel” (Çıxış) partiyasından əlavə, “Tsarukyan bloku” və “Daşnaqsütyun” da dəstəkləyir. Mayın 1-də keçirilmiş səsvermə zamanı Paşinyan lazım olan 53 səsdən 45-ni toplamışdı. 

Əgər deputatlar baş naziri seçə bilməsələr, qanunverici orqan istefaya getməlidir. 

Ə.М.
www.ÇıxışYolu.Com