Ermənistanda fövqəladə vəziyyət elan edilə bilər

Ermənistanda fövqəladə vəziyyət elan edilə bilər

Baxış sayı: 2. 382 dəfə baxılıb.

Ermənistan müdafiə naziri Viqen Sarkisyan hesab edir ki, Yerevandakı etiraz aksiyaları ilə əlaqədar ölkə rəhbərliyinin fövqəladə vəziyyət elan etməsinə ehtiyac qalmayacaq. 

ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı erməni nazir mətbuat konfransında məlumat verib. 

“Bizim arzumuz, inanıram ki, bütün soydaşlarımızın istəyi bundan ibarətdir ki, fövqəladə vəziyyət rejiminin tətbiqinə ehtiyac qalmasın. Nə indi, nə də gələcəkdə buna ehtiyac olmasın. Qanunvericilikdə göstərilib ki, bu zərurət yarana bilər.”, – o deyib.

Qeyd edək ki, Ermənistanda Serj Sarkisyanın baş nazir olmasına etiraz əlaməti olaraq aksiyalar aprelin 13-dən başlayıb. Aprelin 17-dən isə müxalifət Məxməri İnqilabın başlandığını elan edib.

www.ÇıxışYolu.Com