Ermənistanda fransalı zabitlər məktəbli qızı zorlayıb öldürüblər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Avropa İttifaqının monitorinq missiyasını müşayiət edən fransalı zabitlərin
Ermənistanda məktəbli qızı zorlayıb öldürdükləri barədə məlumat yayılıb.
Qeyd olunur ki, hadisə 2023-cü ilin sonunda Qafan rayonunda baş verib.
Bernard adlı fransalı zabit 15 yaşlı Anaitlə kafedə tanış olub. Kişi ona
fransız dilini öyrətməyi təklif edib.
Bir gün qız fransızın kirayə qaldığı mənzilə gəlib və o, həmkarı ilə birlikdə
onu zorlayıb və öldürüb.
Qızın valideynləri polis və həkimlərlə əlaqə saxlasalar da, təqsirləndirilən
şəxslər həbs edilməyiblər. Onlar Ermənistanı tərk edə biliblər.
Bildirilib ki, qızın qohumları qızlarının fransız zabitinin yanında olduğu
ictimai yerlərdə müşahidə kameralarından kadrları əldə ediblər. Bundan sonra
Fransanın Ermənistandakı səfirliyinin nümayəndələri onlarla əlaqə saxlayıb və
anlaşılmazlığı aradan qaldırmaq üçün onlara Parisdəki “Disneyland”ə səyahət
təklif ediblər.
Mənbə: “PolitRUS” “Telegram” kanalı.