Ermənistanda gömrükdəki məşhur videonu çəkən şəxs işdən qovuldu

Baxış sayı: 3. 006 dəfə baxılıb.

Ermənistanda gömrükdəki məşhur videonu çəkən şəxs işdən qovuldu

Ermənistanda yüklərin yoxlanılması üçün nəzərdə tutulmuş introskopdan keçən kişinin görüntüsünü yayan Baqrataşen nəzarət-buraxılış məntəqəsinin əməkdaşı işdən çıxarılıb.

“Factor.am” saytının Ermənistanın dövlət gəlirlər komitəsinin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, həmin şəxs işdən öz ərizəsi ilə çıxıb.

“Dövlət gəlirlər komitəsinin rəhbəri xidməti araşdırmanın aparılmasına dair göstəriş verib. Bu arada, videogörüntünün müəllifi olan komitə əməkdaşı öz xahişi ilə işdən çıxarılması ilə bağlı ərizə yazıb”, – deyə komitədən bildiriblər.

Bundan sonra videonu çəkən şəxsə qarşı fakt üzrə açılmış araşdırmaya xitam verilib.

Xatırladaq ki, bundan əvvəl sosial şəbəkələrdə kişinin əşyaları ilə birlikdə stasionar rentgen aparatından keçməyə çalışdığını əks etdirən görüntü yayılıb.

Videoya baxanlar onun Azərbaycanda lentə alındığını güman edib. Dövlət Gömrük Komitəsi bu videonun Azərbaycana heç bir aidiyyətinin olmadığını bildirib.