a6bc8441-afb1-4959-8035-d828035ba773..jpg

Ermənistanda “Honkonq qripi”nə yoluxma halları artıb

Baxış sayı: 549 dəfə baxılıb.

Ermənistanda “Honkonq qripi”nə yoluxma halları artıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanda kəskin respirator virus infeksiyalarına (ARVI) yoluxma hallarında
artım qeydə alınıb.

Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda görə, söhbət əsasən “Honkonq qripi”nə (A tipli qrip/H3N2 qripi) və
COVID-19-a yoluxmadan gedir.

Məlumat üçün əlavə edək ki, A qrupu virusu (H3N2) 1968-1969-cu illərdə
Honkonqda bu xəstəliyin pandemiyası səbəbindən Honkonq qripi adlandırılıb.
Pandemiya iki həftə ərzində pik həddinə çatıb. O zaman virus bir milyon
insanın, əsasən də yaşlı insanların ölümünə səbəb olub.

Mənbə: Sputnik Ermənistan

Source link