1b7d9baa-f04c-404a-9712-2b3456e6221e..jpg

Ermənistanda internat məktəbində qəddarlıq kütləvi etirazlara səbəb olub

Baxış sayı: 784 dəfə baxılıb.

Ermənistanda internat məktəbində qəddarlıq kütləvi etirazlara səbəb olub

Ermənistanın Basarkeçər rayonunun sakinləri Nevroloji İnternat Məktəbində
şagirdlərə qarşı aşkarlanmış qəddar rəftara etiraz əlaməti olaraq polis
bölməsi, sonra isə məhkəmə binası qarşısında etiraz aksiyası keçiriblər.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

İnternat məktəbi müəllimlərinin vəkili Stepan Davtyan məktəbin 3 əməkdaşının
gecə saatlarında evə buraxıldığını, dünən məhkəmənin direktorun və psixiatrın
həbsi ilə bağlı vəsatətə baxdığını bildirib.

“Bir neçə saatdır ki, 250-yə yaxın vətəndaş etiraz aksiyası keçirir. Biz
məhkəmənin qərarına qədər burada qalacağıq”, – o deyib.

“Nazirlik işin hallarının tam açıqlanması istiqamətində hüquq-mühafizə
orqanları ilə qarşılıqlı fəaliyyətini davam etdirəcək”, – ölkənin Əmək və
Sosial Məsələlər Nazirliyindən bildirilib.

Qeyd edək ki, ötən gün internat məktəbinin direktoru, psixiatrı, növbətçi
santexnik və şöbələrdən birində növbətçi tibb bacısı bir sıra qanun
pozuntularına görə saxlanılıb.

Xatırladaq ki, internat məktəbinə baxış zamanı şagirdlərin birinin
çarpayısının radiatorların qarşısında döşəməyə atıldığı və xəstənin qarnına
parça kəmər bağlandığı müəyyən edilib. Bundan başqa, məktəblərdən birinin
arxası üstə uzanmış vəziyyətdə, əl-ayağının çarpayının dörd küncünə parça ilə
bağlanması aşkarlanıb.

Araşdırmalar zamanı ilkin məlumatlar əldə edilib ki, şagirdlərə qarşı zorakı
hərəkətlər psixiatrın göstərişi ilə həyata keçirilib və direktorun da bundan
xəbəri olub.

İnternat məktəninin direktoru, psixiatr, şöbələrdən birinin növbətçisi və
növbətçi tibb bacısı həbs edilib.

Aşkarlanan faktlarla bağlı Ermənistanın Cinayət Məcəlləsinin bir neçə maddəsi
üzrə cinayət işi başlanıb.

Source link