Ermənistanda işsizlik: ən ucuz işçi qüvvəsi kimlərdir?

Baxış sayı: 2. 033 dəfə baxılıb.

Ermənistanda işsizlik: ən ucuz işçi qüvvəsi kimlərdir?

Ermənistanda 63085 nəfər işsiz olsa da, ölkədə ən ucuz işçi qüvvəsi hindlilər hesab olunur.

Bu barədə “Jovoxurd” qəzeti yazıb.

Bildirilib ki, Ermənistanda 2019-cu ilin iyul ayında 82820 nəfər iş axtarıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyib.

Qeyd olunub ki,  tikintidə işləyən ermənilər 5000-7000 dram tələb edirlər.

Hindistandan gələn miqrantlar isə eyni işi 3000 drama edirlər.

Ermənistan Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin birinci yarısında ölkəyə Hindistandan 15442 nəfər miqrant gəlib.

Hindlilər, əsasən, erməni kəndlərindəki istixanalarda işləyirlər. Onların əksəriyyəti Ararat və Armavir bölgələrindəki kəndlərdə yaşayırlar.

Aqşin Kərimov