4196e6a8-0010-4549-8771-297f4ac502e1..jpg

Ermənistanda kilsə başçısı hərbçiləri dövlət çevrilişinə çağırdı

Baxış sayı: 615 dəfə baxılıb.

Ermənistanda kilsə başçısı hərbçiləri dövlət çevrilişinə çağırdı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael
Acapayan maraqlı bəyanatla çıxış edib.

Caliber.Az xəbər verir ki, o təhlükəsizlik qüvvələrini Ermənistanda hərbi
çevrilişə çağırıb.

“Ölkənin fəlakətə doğru getdiyini görən bu vətənpərvər qüvvələr, təhlükəsizlik
qüvvələri müəyyən addımlar atmalıdırlar. Əgər təhlükəsizlik qüvvələri bunu
görüb baş verənlərin qarşısını almırsa, deməli, ölkəni düşünmürlər. Mən ölkəni
xilas etməkdən danışıram, kimisə cəzalandırmaqdan danışmıram”, – deyə o bəyan
edib.

Source link