065b7c2e-ea46-4181-b2bc-4c2942e30943..jpg

Ermənistanda kütləvi həbslər başladı

Baxış sayı: 1. 047 dəfə baxılıb.

Ermənistanda kütləvi həbslər başladı

Ermənistan Dövlət Gəlirləri Komitəsinin (DGK) əməkdaşları sahibkarlıq
subyektlərindən külli miqdarda rüşvət alarkən tutulublar.

Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, cinayət işində ümumilikdə 15
gömrük əməkdaşı iştirak edir, onlardan 12 nəfəri məhkəmənin qərarı ilə həbs
olunub.

Qeyd edilib ki, 2022-ci ilin noyabrından 2023-cü ilin yanvarına qədər bir qrup
DGK məmuru müxtəlif malların idxalı ilə məşğul olan iş adamlarına himayədarlıq
edib. Biznesmenlər yükdaşımanın real dövriyyəsini və həcmini gizlətmək, habelə
vergi və gömrük rüsumlarını ödəməmək müqabilində müfəttişlərə külli miqdarda
rüşvət veriblər.

İstintaq zamanı o da müəyyən edilib ki, DGK-nın yüksəkrütbəli məmuru
tabeliyində olan işçinin yol verdiyi sui-istifadə hallarını bilə-bilə onun
cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq tədbirlər görməyib, əksinə
ondan pul mükafatı alıb.

İlkin istintaq çərçivəsində 30-dan çox axtarış aparılıb, həmin şəxslərin
cinayətdə iştirakını təsdiq edən məlumatlar əldə olunub, həmçinin bir neçə
qanunsuz odlu silah götürülüb. İbtidai istintaq davam edir.

Mənbə: Sputnik Ermənistan

Source link