Ermənistanda Məxməri İnqilabın lideri baş nazir olacaqmı?

Ermənistanda Məxməri İnqilabın lideri baş nazir olacaqmı?

Baxış sayı: 2. 505 dəfə baxılıb.

Ermənistan müxalifətinin lideri Nikol Paşinyan parlamentdə 105 deputatdan 53-nün səsini qazansa, ölkənin baş naziri olacaq. 

ÇıxışYolu.Com TASS agentliyinə istinadla xəbər verir ki, Paşinyan artıq 40 parlamentari tərəfindən dəstəklənir. 

Bununla bağlı “Yelk” (Çıxış) partiyasından olan deputat Edmon Marukyan məlumat verib. 

“Paşinyan baş nazir olmaq üçün 53 deputatın səsini qazanmalıdır. 13 deputatın səsi lazımdır. Fikrimcə, biz bu səsləri qazana biləcəyik”, – Marukyan deyib. 

O qeyd edib ki, “Yelk” partiyası rəsmi şəkildə Paşinyanın namizədliyini irəli sürmək niyyətindədir. 

Ermənistanın Respublika Partiyası parlamentdə 58, “Yelk” 9, “Daşnaksütyun” 7, “Tsarukyan” isə 31 mandata sahibdir. 

Əli Məmmədov
www.ÇıxışYolu.Com