Ermənistanda iki həftə əvvəl yaradılmış “Adekvad” partiyasının lideri Artur Danielyan saxlanılıb.
Bu barədə Lenta.ru məlumat yayıb.
Danielyanın saxlanılma görüntüsü “Facebook”da canlı yayımlanıb. “Adekvad” partiyası fəallarından biri Danielyanın Baş nazir Nikol Paşinyana ağır fiziki xəsarətlər yetirəcəyi ilə bağlı səsləndirdiyi təhdidlərə görə saxlanıldığını bildirib. Polis rəsmiləri hələlik saxlanılmanın səbəbinə aydınlıq gətirməyib.
Qeyd edək ki, Danielyan mayın 27-də “Adekvad” partiyasının yaradıldığını elan edib. O, Ermənistanın ciddi problemlərlə üzləşdiyini və mövcud siyasi sistemin bu problemlərə adekvat reaksiya göstərmək iqtidarında olmadığını vurğulayıb.
Danielyan onun yaradacağı partiyanı hörmətdən salmağa və susmağa məcbur etməyə çalışacaqlarını qabaqcadan xəbərdar edib.
İyunun 9-da Yerevanda keçirilən yürüşdən sonra “Adekvad” partiyasının 11 fəalı saxlanılmışdı.
“Kimsə zəng vurub dedi ki, biz guya yürüş zamanı bir nəfərə xof gəlmişik. Hərəkatın dörd nümayəndəsi ofisdən çıxan zaman, qalanları isə polis şöbəsinin qarşısında saxlanıldı. Ora məsələni aydınlaşdırmaq məqsədilə getmişdik”, – deyə Danielyan bildirib. O əlavə edib ki, polisləri onların üzərinə Nikol Paşinyan “qısqırdıb”.