Ermənistanda müxalifət lideri terror aktının hazırlanması işi ilə bağlı
istintaqa çağırıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ermənistanda müxalifətin liderlərindən hesab olunan, “Milli demokratik qütb”
Şurasının üzvü Jirayr Sefilyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə
çağırılıb.
Bu barədə sözügedən siyasi birliyin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Sefilyan noyabrın 2-də haqqında məlumat verilən terror aktının
hazırlanması ilə bağlı cinayət işi çərçivəsində istintaqa çağırılıb.
Qeyd edək ki, noyabrın 2-də Milli Təhlükəsizlik Xidməti hökumət binalarını
partlatmağa və ələ keçirməyə hazırlaşan cinayətkar qrupu saxladığını bildirib.
Mənbə: Ermənistan KİV