Ermənistanda nüfuzlu Rusiya kanallarının bağlanması təklif olundu

Baxış sayı: 2. 575 dəfə baxılıb.

Ermənistanda nüfuzlu Rusiya kanallarının bağlanması təklif olundu

Ermənistanın hakim “Mənim addımım” fraksiyasının deputatı Narina Tuxikyan Rusiya kanallarının ölkədə yayımının məhdudlaşdırılması məsələsini qaldırıb.

Ermənistan KİV-ləri xəbər verir ki, deputat xüsusən  “Mir”, “ORT” və “Rosiyya 1” kanallarının yayımının dayandırılmasını tələb edib. 

Narina Tuxikyan həmin kanalların Ermənistan əleyhinə fəaliyyətindən narahatlığını dilə gətirib, onların ölkə əleyhinə siyasi çağırışlar etdiyini söyləyib.

Radio və televiziya verilişləri üzrə Milli Komissiyanın sədri Tiqran Akopyan kanalların bağlanması məsələsinin hazırda gündəmdə olmadığını, lakin Ermənistanın informasiya təhlükəsizliyini təhdid etdiyini bildirib.