3b515fb4-a7af-4ae0-ae08-18a8c2e4dd12..jpg

Ermənistanda oturub Qarabağ ermənilərinə “can yandıran” İran səfiri – ŞƏRH

Baxış sayı: 718 dəfə baxılıb.

Ermənistanda oturub Qarabağ ermənilərinə “can yandıran” İran səfiri – ŞƏRH
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Diplomatiyada səfir ölkələr arasında münasibətlərin normallaşmasına, sülhə
xidmət edən şəxs hesab olunur və bu baxımdan peşələrinin humanistliyi ilə
fərqlənirlər. İranın Ermənistandakı səfiri Mehdi Sübhani isə öz peşəsinə
xəyanət edərək üçüncü dövlətin qanuni ərazisi barədə reallıqdan kənar
bəyanatlar verir.

“Report”un məlumatına görə, M.Sübhani erməni jurnalistin “Azərbaycanın Qarabağ
bölgəsinin sakinlərinin hüquqlarının müdafiəsi ilə bağlı İran İslam
Respublikasının rəsmi mövqeyi nədir?” sualına cavabı açıq-aşkar digər bir
dövlətin ərazi bütövlüyü və suverenliyinə müdaxilə kimi qiymətləndirilir.

Sübhaninin dediklərinə nəzər salaq:

“Qarabağ əhalisinin və hər bir sakinin hüquqları təmin edilməlidir. Onların öz
müqəddəratını təyinetmə hüququna hörmətlə yanaşılmalıdır. Bu, bir reallıqdır
ki, heç kim, o cümlədən Azərbaycan dövləti bu hüququ tapdalaya bilməz.
Başqalarını (Qarabağ ermənilərini) öz vətəndaşları hesab edən bir dövlət
(Azərbaycan) elə bir şərait yaratmalıdır ki, onlar özlərini təhlükəsizlikdə
hiss etsin və öz ərazilərini, torpaqlarını və evlərini tərk etməsinlər. Biz də
(İran) Qarabağ əhalisinin qanuni və legitim hüquqlarının təmin edilməsinin
tərəfdarıyıq”.

Qeyd edək ki, İran Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Prezidenti İlham
Əliyevlə Daşkənddə görüşü zamanı tamamilə birmənalı bəyanat verərək Qarabağın
uzun illər sonra əzəli ərazisinə – Azərbaycana qovuşmasına çox sevindiklərini
söyləyib:

“Biz çox sevinirik ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edə bildi. Ümid
edirik ki, Qarabağ yenidən qurulacaq və bərpa olunacaq. Biz bu planda əvvəlki
kimi Qarabağın bərpasında sizə dəstək verməyə, öz xidmətlərimizi, o cümlədən
mühəndis-texniki sahədə, təklif etməyə hazırıq”.

Belə çıxır ki, ya İranın Ermənistandakı səfiri Rəisinin mövgeyindən fərqli
olan bir xətt aparır, ya da İran Azərbaycana qarşı ikili standartlardan çıxış
edir. Çünki səfir öz çirkin niyyətini Ermənistanın arxasında gizlətməklə həyata
keçirməyə cəhd göstərir. O az qala Ermənistanın yerinə danışır.

Ümumiyyətlə, İranın Ermənistandakı səfirinin Azərbaycan torpağı olan
Qarabağdan danışması ciddi siyasi səhvdir. Digər tərəfdən, səfir unutmasın ki,
İranda 30 milyonluq azərbaycanlının öz doğma dilində təhsil almaq hüququ
pozulur.

Ona görə də İran Xarici İşlər Nazirliyi öz “mübarək” diplomatının açıqlamasına
aydınlıq gətirməli, bunun iki ölkə arasında yenicə normallaşan münasibətlərə
xələl gətirməsinin qarşısını almalıdır.

Source link