Ermənistanın Respublika Partiyasının sədr müavini, Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Armen Aşotyan öz “Facebook” hesabında baş nazir Nikol Paşinyanın BMT Baş Assambleyasının iclasında çıxışını şərh edib.
ÇıxışYolu.Com xəbər verir ki, Aşotyanın fikrincə, Paşinyan BMT tribunasından Ermənistanın təhlükəsizliyinin möhkəmləndirilməsi və milli məsələlər üçün deyil, Ermənistandakı mövqeyini diqqətə çatdırmaq üçün istifadə etdi.
“Parlamentə növbədənkənar seçkilərə diqqətin cəmlənməsi daxili stabilliyin, Ermənistandakı təhlükəsizliyin altına bomba qoyacaq. Son olaraq, küçələri bağlamaq olar, ancaq ağızları yox”, – Aşotyan yazıb.
Ə.Ş.
www.ÇıxışYolu.Com