Oktyabrın 4-də Ermənistanın Vanadzor rayonunda silahlı insident baş verib.
ÇıxışYolu.Com Ermənistan KİV-nə istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər – Andranik Ohanyan, Hor Qriqoryan və David Ohanyan – ölüb, beşi isə yaralanıb.
Hadisə yerindən seriya nömrəsi silinmiş “Makarov” tapançası tapılıb.
Əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində məlum olub ki, mübahisə zamanı 46 yaşlı kişi “Makarov” tapançasından oradakı şəxslərə atəş açıb.
Qətli törədən Vanadzor sakini saxlanılıb. O cinayəti törətdiyini etiraf edib.
Aqşin Kərimov