Ermənistanda kriminal avtoritetlərin və “qanuni oğrular”ın evlərində aparılan axtarışlar həbslərlə nəticələnib.
ÇıxışYolu.Com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, ölkə üzrə genişmiqyaslı əməliyyat tədbirləri Ermənistanın Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən aparılıb.
Ölkə polisinin informasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aşot Aqaronyanın sözlərinə görə, əməliyyat təfərrüatı açıqlanmayan cinayət işi çərçivəsində həyata keçirilib.
Saxlanılanlar arasında Samvel Arutyuyan (Samvelik), Jirayr Brutyan (Jiro Şaumyanski), Suren Avetisyan (Suro Leninakanski), Artyom Qazaryan (Artyomik Leninakanski), Armen Manukyan (Sevo), Qevork Melikyan (Qevorik Oşakanski), Norayr Piloyan (Konço) və digər kriminal avtoritetlər olub.
Onların evlərində çox sayda silah və hərbi sursat, narkotik maddələr aşkar edilib.