Ermənistanın Gümrü şəhərində 23 yaşlı rus hərbçinin zorakılığa məruz qalmış meyiti tapılıb.
Bu barədə TASS agentliyi Ermənistanın İstintaq Komitəsinə istinadən məlumat yayıb. Məsələ ilə bağlı cinayət işi qaldırılıb.
Erməni KİV-nin məlumatına görə, Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasında müqavilə əsasında xidmət edən serjant Aleksandr Babuşkin ölüb.
Məlumata əsasən, hərbçinin üzündə, əlində və ayaqlarında bıçaq izləri olub. Aleksandrın meyiti sentyabrın 10-da, səhər saatlarında tapılıb.