Ermənistanda Rusiya abidəsini təhqir edən şəxs saxlanılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə İrəvanda ucaldılmış abidəni
təhqir edən şəxs saxlanılaraq Ermənistan İstintaq Komitəsinə təhvil verilib.
Bu barədə ölkənin daxili işlər nazirinin mətbuat katibi Narek Sarkisyan
məlumat verib.
“Mühasirədə olan Leninqrad uşaqlarının abidəsini təhqir edən şəxs saxlanılıb.
O, Ermənistan İstintaq Komitəsinə təhvil verilib”, – Sarkisyan bildirib.
Xatırladaq ki, yanvarın 30-da “TikTok” sosial şəbəkəsində istifadəçisi Samvel
Şirinyanın abidəni təhqir etdiyini əks etdirən kadrlar yayımlanıb. Ermənistan
İstintaq Komitəsi bu faktla bağlı cinayət işi açıb.
Mənbə: TASS