6dadc5b7-5f7a-44df-ab29-76652fe699e6..jpg

Ermənistanda Rusiya sərhədçilərinə hədə-qorxu gəliblər

Baxış sayı: 467 dəfə baxılıb.

Ermənistanda Rusiya sərhədçilərinə hədə-qorxu gəliblər

Ermənistan İstintaq Komitəsi naməlum şəxslərin Rusiya sərhədçilərinə
hədə-qorxu gəlməsi, həmçinin, Arazdəyəndə erməni-rus dostluğunu əks etdirən
plakatı cırması ilə bağlı cinayət işi başlayıb.

Bu barədə İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan bildirib.

Onun sözlərinə görə, sentyabrın 26-da saat 17:40 radələrində naməlum şəxslər
avtomobillə Rusiya sərhəd qoşunlarının müşahidə məntəqəsinə gələrək, xidmətdə
olan hərbçiləri hədələyiblər və orada yerləşdirilən plakatı zədələyiblər. Bu
fakt əsasında İstintaq Komitəsi Ermənistan Cinayət Məcəlləsinin 264 və 194-cü
(Əmlakla hədələmə və ziyan vurma) maddələri ilə iş başlayıb.

Mənbə: Sputnik Ermənistan

Source link