Ermənistanda sosial şəbəkələrdə zorakılıq çağırışları edən adama qarşı cinayət
işi açılıb
Ermənistan İstintaq Komitəsi “Vahan Loretsyan” adı ilə fəaliyyət göstərən
“Facebook” istifadəçisinə qarşı zorakılıq çağırışlarına görə cinayət işi açıb.
Ölkənin İstintaq Komitəsinin Mətbuat Xidmətinin məlumatına görə, sentyabrın
19-da İrəvanda keçirilən aksiyalar zamanı bu səhifədə aşkar zorakılıq
çağırışları olan yazılar dərc edilib. “Hamı meydana, aşağıdan yuxarı hamını
öldürün”, başqa bir paylaşımda “Hamı birlikdə meydana, bunların hamısını qovun”
yazılıb.
Hazırda faktla bağlı ilkin araşdırma aparılır, istifadəçinin tapılaraq
saxlanılması barədə qərar qəbul edilib.
Qeyd edək ki, dünən etirazçılar hökumət binası yaxınlığında toplaşıb, İrəvanın
mərkəzində Respublika meydanına gedən bütün keçidləri bağlayıblar.
Mənbə: Sputnik Ermənistan