Ermənistanda müxalifətin mitinqi başa çatıb – YENİLƏNİB

Ermənistanda müxalifətin mitinqi başa çatıb – YENİLƏNİB

Baxış sayı: 3. 075 dəfə baxılıb.

Ermənistanın paytaxtında müxalifətin mitinqi başa çatıb.

ÇıxışYolu.Com “RİA Novosti”yə istinadən xəbər verir ki, mitinqdə çıxış edən müxalifət lideri Nikol Paşinyan tərəfdarlarını aprelin 30-da gün ərzində etiraz aksiyaları keçirməməyə çağırıb və sabahkı mitinqdə siyasi qüvvələrlə danışıqların nəticələrini təqdim edəcəyini bildirib.

Paşinyan həmçinin, ölkənin baş naziri postunu tutmağa hazır olduğunu bildirib və əlavə edib ki, aprelin 30-da məsələni parlament fraksiyalarının nümayəndələri ilə müzakirə edəcək.

20.26

Ermənistan paytaxtında Respublika meydanında Nikol Paşinyanın rəhbərliyi altında müxalifətin mitinqi başlayıb.

ÇıxışYolu.Com xəbər verir ki, bundan əvvəl müxalifətçilər İrəvanın mərkəzi küçələrində yürüş keçiriblər.

Qeyd edək ki, aprelin 13-də başlayan etiraz aksiyaları nəticəsində baş nazir Serj Sarkisyan istefa verib.

www.ÇıxışYolu.Com