Ermənistanın Cermuk rayonunda (İstisu rayonu) 21 kilometr şimal-qərbdə zəlzələ
olub.
Cixisyolu.com Sputnik-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər
Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.
Seysmik mühafizə xidməti yeraltı təkanları yerli vaxtla saat 18:17-də qeydə
alıb. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib, yeraltı təkanlar
episentrdə 2-3 maqnituda təşkil edib.
Zəlzələ hiss edilib.