Ermənistandan Azərbaycana qaytarılan əsgər səhhətindən DANIŞDI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Səhhətim normaldır, özümü yaxşı hiss edirəm. Vətənə geri qayıtdığıma görə çox
xoşbəxtəm”.
APA xəbər verir ki, bunu Ermənistandan Azərbaycana gətirilən əsgər Ruslan
Pənahov hava limanında jurnalistlərə açıqlamasında deyib.
O, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə təşəkkür edib.
Xatırladaq ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bu il fevralın
28-də səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov
Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz
hava şəraitində istiqaməti itirərək azıb.
Daha Sonra Ermənistan İstintaq Komitəsi onun Cinayət Məcəlləsinin “sərhədi
qanunsuz keçmək”, “silah gəzdirmək” və s. maddələri ilə ittiham olunduğunu
bildirib.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin martın 4-də yaydığı məlumatda onun
Azərbaycana təhvil verilməsi ilə bağlı qərar qəbul olunduğu bildirilib.
Qeyd edək ki, o, bu gün Vətənə qaytarılıb.