Rusiyanın Ermənistandan idxal etdiyi çiyələklərin tərkibindəki vitaminlər normaya uyğun deyil.
“Sputnik Ermənistan” xəbər verir ki, bu fakt Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) ekspertlərinin apardığı araşdırma nəticəsində müəyyən edilib.
Araşdırma zamanı Özbəkistandan gətirilmiş ərik və gilasların da tərkibində vitamin səviyyəsinin aşağı olduğu aşkarlanıb.
Bildirilir ki, tədqiq edilən nümunələrin hamısında dəmir, C vitamini, natrium və kalsium göstəriciləri bu meyvələr üçün xarakterik olan səviyyədən xeyli aşağıdır.