aba69d25-084f-4413-9bf3-a2c681f376d0..jpg

“Ermənistanın cinayətlərinin təkrarlanmayacağı haqqında zəmanət istəyirik” – ŞƏRH + FOTO

Baxış sayı: 891 dəfə baxılıb.

“Ermənistanın cinayətlərinin təkrarlanmayacağı haqqında zəmanət istəyirik” –
ŞƏRH + FOTO

“Azərbaycan mina problemini, erməni cinayətlərini, azad olunmuş ərazilərimizdə
işğal müddətində törədilmiş vandalizmi dəfələrlə beynəlxalq instansiyalar
qarşısında qaldırıb. Eyni zamanda, vasitəçilərin önünə də faktlar qoyulub, bu
məqamlar dilə gətirilib. Təəssüf ki, heç bir addım atılmır, müvafiq tədbir
görülmür”.

Bu sözləri Cixisyolu.com-a Ağdamda iki mülki şəxsin minaya düşməsi ilə bağlı
danışarkən politoloqİlqar Vəlizadə deyib. O xüsusilə xatırladıb ki, erməni
cinayətlərindən xəbərdar olan BMT, Haaqa məhkəməsi, ATƏT Parlament
Assambleyası, Azərbaycan və Ermənistanın üzv olduğu müxtəlif təsisatlar
məsələyə laqeyd yanaşırlar:

“Heç bir reaksiya yoxdur. Çünki ikili standartlar hökm sürür və Ermənistana
heç kim təzyiq etmir. Guya Ermənistan tərəfində mina xəritələri yoxdur, olanlar
təqdim edilib. Hamısı yalandır. Bu yalanı Azərbaycandan başqa araşdırmaq
istəyən yoxdur. Son nəticə olaraq, acınacaqlı vəziyyət davam edir.

Hesab edirəm ki, istədiyimiz nəticəni alana qədər minalarla bağlı məsələ
diqqət mərkəzində olmalıdır. Müxtəlif səviyyələrdə, tədbirlərdə, təsisatlar
çərçivəsində məsələ qaldırılmalıdır ki, heç kim arxayın olmasın. Ələlxüsus,
Ermənistan bilməlidir ki, Azərbaycan ərazilərinin minalanması diqqətdən kənarda
qalmır və qalmayacaq. Biz Ermənistanın təcavüzü dövründə törətdiyi cinayətlər,
onların fəsadları və s. barədə bütün dünyanı məlumatlandırırıq. Bu cinayətlərin
yenidən təkrarlanmaması üçün zəmanət istəyirik. Əsas zəmanət isə sülh
müqaviləsi, Ermənistanın rəsmi səviyyədə üzərinə götürdüyü öhdəliklər
olmalıdır. Azərbaycan bu məqsədinə nail olmaq üçün əlindən gələn işi görür”.

Qeyd edək ki, Ağdam rayonunun Yusifcanlı kəndində heyvan otaran iki dinc sakin
minaya düşərək, həlak olub. Partlayış zamanı ölənlər 1999-cu il təvəllüdlü
Həsənov İsrail İbrahim oğlu və 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn
oğludur. Baş verən faciə işğaldan azad edilmiş ərazilərdə Ermənistanın
basdırdığı mina sahələrinin miqyası və kütləviliyi, mina terrorunun təzahürüdür.

Aysel Aslan

Source link