18201aee-8b9d-4585-a6e4-3c258bd1a747..jpg

Ermənistanın etirafı – Aİ monitorinq missiyasının sükutu – ŞƏRH + FOTO

Baxış sayı: 484 dəfə baxılıb.

Ermənistanın etirafı – Aİ monitorinq missiyasının sükutu – ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan Azərbaycanla şərti sərhədi pozduğunu yenə etiraf edib

Aprelin 10-da, saat 15:20 radələrində Azərbaycanın Dövlət Sərhəd Xidmətinin
(DSX) sərhəd qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının Qubadlı
rayonunun Cicimli yaşayış məntəqəsinin ərazisindəki sərhəd döyüş məntəqəsinin
xidməti ərazisində müqabil ərazidəki Ermənistanın Nerkin Xnzoresk kəndi
istiqamətindən iki nəfərin dövlət sərhədini pozaraq 200 baş mal-qaranı təxminən
300 metr Azərbaycan ərazisinə keçirməsi aşkar olunub. Dövlət sərhədinin
pozulmasının qarşısını alan sərhəd naryadına Ermənistan silahlı qüvvələrinin
döyüş postundan atəş açılıb və nəticədə baş leytenant Rövşən Məmmədov yaralanıb.

Hadisə baş verən gün Azərbaycan hadisəni Ermənistan hərbçilərinin törətdiyi
barədə beynəlxalq ictimaiyyəti məlumatlandırıb. Bu pozuntuya görə məsuliyyəti
rəsmi İrəvanın daşıdığı bildirilib.

Bu gün Ermənistanın İstintaq Komitəsi baş verən hadisədən təəssüfləndiyini
bəyan edib. Baxmayaraq ki, hadisənin məsuliyyətini üzərindən atmaq, özünü
obyektiv göstərmək üçün həmin tarixdə İrəvan Azərbaycana hadisəni birgə
araşdırmağı təklif edib. Ölkənin İstintaq Komitəsi isə aprelin 12-də açıqlama
yayaraq atəşi öz sərhədçilərinin açdığını və fakt üzrə cinayət işinin
başladıldığına dair rəsmi məlumat yayıb.

Bu hadisə Ermənistanın sərhədyanı bölgədə atəşkəsi pozması ilə bağlı
Azərbaycanın narahatlığını bir daha təsdiqləyib.

Qeyd edək ki, bu il fevralın 12-də də saat 13:37-də Ermənistan-Azərbaycan
şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan
silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində
yerləşən mövqeyindən Azərbaycan DSX-nin Sərhəd Qoşunlarının Zəngilan rayonunun
Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılmışdı. Ermənistanın
təxribatı nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Pərviz
Ağakişi oğlu Xəlilzadə yaralanmışdı.

Ermənistanın sərhədyanı bölgədə atəşkəsi pozması faktını onda rəsmi İrəvanla
yanaşı, ABŞ Dövlət Departamenti və Avropa İttifaqı da etiraf etmişdi.

Rəsmi Bakı sərhədyanı bölgədə erməni hərbçilərin atəşkəsi pozduğuna dair
dəfələrlə beynəlxalq ictimaiyyəti məlumatlandırıb. Ancaq indiyədək pozuculuq
fəaliyyətinə görə, rəsmi İrəvan tənbeh olunmayıb. Əksinə, belə təcavüzkar
fəaliyyət göstərən Ermənistana hərbi texnika və təlimçilər göndərilir. Bununla
da onun perspektivdə Cənubi Qafqazda destruktiv fəaliyyətinə indi də dəstək
verilir. Başqa sözlə, bu ölkəni pozuculuq fəaliyyəti ilə region dövlətlərini,
xüsusilə Azərbaycanın ərazi bütövlüyü və təhlükəsizliyini təhdid etmək üçün
sanki indidən hazırlayırlar.

Hadisə sübut edir ki, Fransa və Ermənistanın təşəbbüsü ilə sərhədyanı bölgəyə
yerləşdirilən Avropa İttifaqının mülki monitorinq missiyası mandatına uyğun
fəaliyyət göstərmir. Bu qurum hər iki hadisədən sonra Ermənistanın sərhədyanı
bölgədə atəşkəsi pozduğuna dair açıqlama yaymayıb. Halbuki, onun missiyası bu
kimi halları vaxtında qeydə alıb, uyğun açıqlamalar yaymaqdır. Belə çıxır ki bu
qurum ancaq Azərbaycana qarşı fəaliyyət göstərir.

Ermənistan hərbçilərinin, mülki monitorinq missiyasının və beynəlxalq
ictimaiyyətin sərhədyanı olaylara sükutla yanaşması rəsmi Bakının İrəvana
etimad göstərməməsinə də əsas verir. Azərbaycanın Ermənistandan yeni təhlükənin
yaranacağına dair narahatlığını bu hadisələr bir daha təsdiqləyir. Məlum olay
iki ölkə arasında normallaşma prosesinə zərbə vurur. Rəsmi Bakının
təhlükəsizliklə bağlı tədbirlərinin doğruluğu isbatlanır.

“Report” İnformasiya Agentliyi

Source link