96f17de0-0996-4395-bc08-d22fac4c1a02.jpg

Ermənistanın hərbi doktrinası: İşğalçı siyasətin sübutu

Baxış sayı: 291 dəfə baxılıb.

Ermənistan Respublikasının hazırkı hərbi doktrinası ölkənin işğalçı
mahiyyətini əks etdirir.

Bu barədə “Caliber”in “Telegram” kanalı məlumat yayıb.

Sənəddə Ermənistan dövləti separatçı rejimin yaratdığı qondarma respublikanın
müstəqillik və təhlükəsizliyinin qarantı kimi təqdim edilir.

Qeyd olunur ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi
bütövlüyünü sözdə tanıdığını bəyan etsə də, əməldə ölkəsinin Konstitusiyası və
hərbi doktrinasında Azərbaycana qarşı açıq ərazi iddialarına yer verməyə davam
edir və bu sənədləri dəyişdirməkdə tələsmir.

Bu fakt, Ermənistanın “sülh gündəmi”nin nə dərəcədə səmimi olması barədə
təsəvvür yaratmaq üçün kifayət edir.

Source link