“Mən 1918-ci ilin mart ayında daşnakların vəhşiliklərini,günahsız adamların,xüsusən, bitərəf iranlıların öldürülüb karvansaralarda meyitlərin yandırılmasını öz gözümlə görmüşəm.Bu çox faciəli və nifrətəlayiq bir hərəkət idi”(Mir Cəfər Pişəvəri-IV.81)
“Mələk qədər sevimli bir azərbaycanlı körpə Bakının bir divarına mıxlamışdılar.Mıx körpənin düz ürəyinin üstündən vurulmuşdur,bir yığın qızlı-oğlanlı uşaq ölüləri,üzərində qocaman çoban köpəkləri,onlardan biri məsum bir körpəni gəmirir” (V.Huhoğlu.IV.48)
İnsan həyatında baş verən hər bir hadisənin özünəməxsus tarixi var.Lakin tarixdə “erməni məsələsi” ,və ya başqa sözlə desək,erməni saxtakarlığı –tarixin birbaşa özünə edilən saxta müdaxilə , ermənilər özləri bunu böyük siyasət hesab etsələr də,onun əsl mahiyyəti düşmənçilik,nifaq,özünün də yaşadığı yerlərdə silahlı münaqişə ,hiylə,özü günahkar ikən dünyaya öz məsumluğu haqqında car çəkmək,xəyanət və s.dir.Bütün bu mənfi keyfiyyətlərin tarixi çox qədimdir və bu gün də davam etməkdədir.
Ermənilərin “azadlıq fədaisi”hesab olunan Nalbandyan erməni gənclərinə vəsiyyətində yazır:”Ey erməni,əgər sən küçədə zəhərli ilan görüb öldürməyibsənsə,eybi yoxdur,ilandır.Lakin türk görüb öldürməyibsənsə,satqınsan,vicdansızsan,xalqının düşmənisən,sən erməni deyilsən.”
Ermənistanın siyasəti soyğunçuluq,qan,nifrət,dəhşət və fəlakətlər mənbəyi mənalarını ifadə edən bir məfhumdur ki,bu xəstə ideya uğrunda çarpışmalardan Yaxın Şərqdə,Anadoluda və Qafqazda insanlar əsrlərlə əziyyət çəkmişlər.Ermənilərin məkrli siyasətinin aşkarlanması uğrunda mübarizəyə ən əvvəl ulu öndər Heydər Əliyev başladı.Ümummilli lider əlində sadə bir coğrafi xəritə dünyada məşhur dövlət xadimlərinə sadə şəkildə izah etdi ki, keçmiş Dağlıq Qarabağ vilayətini ermənilərin nə hərbi potensialı ,nə iqtisadi potensialı,nə də əhali potensialı imkan vermir ki,bütöv bir dövlətlə müharibə aparsın və onun ərazisinin 20% -ni işğal etsin.Azərbaycana qarşı müharibəni Ermənistan ordusu və beynəlxalq muzdurlar aparırlar.
H.Əliyevin apardığı uğurlu siyasəti bu gün onun varisi cənab İlham Əliyev müvəffəqiyyətlə davam etdirir.Bəli,bu gün Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib,işğal olunmuş torpaqlarımız artıq azaddır.Bütün bunlara görə biz şəhidlərimizə və qazilərimizə minnətdarıq.Torpaq uğrunda ölən varsa.Vətən var!!!
Səfərova Ülviyyə Mirzəki qızı
Masallı rayon Şatıroba kənd tam orta məktəbin direktoru